Satılır 10 otaqlı həyət evi/bağ evi 436 m², Məmmədli q.
Təcili və çox sərfəli!
Tikinti materialları qiymətinə!
Birbaşa Mülkiyyətçidən!
Öz evinizdə ilk siz olun!
6 sot üzərində nəhəng ikimərtəbəli qalereyalı ev!
Tam paket sənəd:
1. Çıxarış (kupça^)
2. İH Başçısının Sərəncamı
3. Texniki pasport
4. Eskiz layihə
$ 165.ooo
(280.5oo AZN)
Vasitəçilik komissiyası - 2 %.
* Qeyd: Mülkiyyətçi davamlı xaricdə olduğundan, xahiş olunur ki, WhatsApp vasitəsilə birbaşa əlaqə yaradasınız.
Ətraflı:
Birinci mərtəbədə: hovuzlu kolonada daxilində ön giriş, üç ayrı otaq, 6-metrlik hündürlüklü vitraj pəncərəli və boydan boya hər iki mərtəbəni əhatə edən panoramalı "ikinci işıqlı" kamin zalı, salon tipli (oturma) qonaq otağı və ön pilləkənli qalereya.
İkinci mərtəbədə: 5 yataq otağı, kamin zalının üzərində çıxıntılı mezonin və daxili açıq eyvanlı qalereya, giriş və hovuzun üstündə panoramalı dairəvi şüşəbəndlə qapalı atrium.
Orijinal dizaynlı, bütün texniki və inşaat qaydalarına ciddi nəzarət və riayət etmək şərti ilə, bünövrədən dama qədər olan 20 ədəd şaquli monolit beton sütun üzərində əsaslı şəkildə (kapital) inşa edilmiş və seysmik dayanıqlığı xüsusi gücləndirilmiş nəhəng ikimərtəbəli ev.
Dəmir-beton möhkəmləndirmələrində və monolitik beton işləri üçün əsasən körpü-tonel işlərində istifadə edilən və yalnız xaricdən idxal olunan Portland-sement markalı - 450/500 sement (Rusiya) və armatur polad möhkəmləndirmələrdə Rusiya istehsalı 12, 14, 16 armatur istifadə edilmişdir.
İnşaatda (ev və alt-üst beton çərçivəli 4-metrlik hündürlükdə dairəvi hasar) yalnız Qaradaq standart karyer daşı istifadə edilib.
Evin bünövrəsinin monolit beton kəmərləri ilə çərçivələnmiş və üzərində 1-ci mərtəbənin otaqlarının monolit beton döşəməaltındakı 90 sm hündürlükdə boşluqlar yeraltı suların sızmasının qarşısını alacaq və nəmişlik əleyhinə tədbir olaraq döymə bişmiş kərpiçlə doldurulub!
Real alıcı ilə qiymətdə əhəmiyyətli dərəcədə ağlabatan endirim və güzəştli ödəniş sövdələşməsi mümkündür.
Ödəniş Azərbaycanda və Rusiyada hissə-hissə edilə bilər.



















































































































